Yeni Gəncə qəsəbəsindəki bəzi binalarda suyun təzyiqi zəif olması barədə aidiyyatı quruma məlumat daxil olmuşdur. Bu səbəbdən araşdırmalar aparılıb və çətinlik aradan qaldırılıb. Məsələ ilə bağlı Gencexeber.az-ın müxbiri 22 oktyabr tarixində məlumat verib.
Azərsu ASC-yə daxil olan məlumata görə, 28 may küçəsində yerləşən binalarda suyun təzyiqi ilə çətinliklər yaşanıb. Qurumun əməkdaşları əraziyə baxış keçirdikdən sonra 47-ci binanın su xəttinin qəzalı olduğu üzə çıxıb.
Hadisə yerinə qaynaqçılar cəlb olunub. Onlar borunu yamaqlayaraq problemi aradan qaldırıblar.
