26.4 C
Gence
26.4 C
Gence

Gəncə məktəblərində şəhid guşələri ilə yanaşı otaqların girişinə şəhid rəsmləri yerləşdirilir

Gəncədə bir neçə məktəbin bütün siniflərinin girişlərində şəhidlərin şəkilləri yerləşdirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 8 oktyabr tarixində xəbər verib.

Onlardan biri Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdir. Direktor və müəllim heyətinin təşəbbüsü ilə otaqların girişlərindəki şəkillərlə yanaşı, divara Gəncə şəhidlərinin rəsmlərini əks etdirən plakat asılıb.

Məktəbin tarix müəllimi işləmiş Rəşad Məmmədov və məzunu olmuş Hikmət Həsənov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Onların xatirəsinə rəsmlər və döyüş yollarını əks etdirən guşə yaradılıb.

İzləyicimizlərdən əldə etdiyimiz məlumata əsasən, 18 və 30 saylı məktəblər də oxşar təşəbbüs ilə fərqləniblər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan