24.8 C
Gence
24.8 C
Gence

Gəncədə eyni kəsişmədə yerləşən işıqforlar çalışmır

Gəncənin Pərviz Səmədov və Cavad xan küçələrinin kəsişməsində işləməyən işıqforlar sürücülər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-ın müxbiri 30 sentyabr tarixində xəbər verib.

Səhər saatlarından işləməyən işıqforlar Ay Ulduz restoranının yerləşdiyi ərazi kimi tanınır. Əldə etdiyimiz məlumata əsasən, kəsişmədə mövcud olan bir neçə işıqforun heç biri fəaliyyət göstərmir.

Sakinləri sözlərinə görə, bu cür hallar baş verəndə həmin ərazidə hərəkət edən piyadalar və sürücülər qaydalara əməl etməkdə çətinlik çəkirlər. Bu səbəbdən qəza vəziyyətlərinin çoxalması müşahidə edilir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan