top
Xanlıq dövrünün simvolu şərəfinə ucaldılmış Gəncə Gerbi abidəsi
17 fevral 2024, 16:00
- +

Xanlıq dövrünün simvolu şərəfinə ucaldılmış Gəncə Gerbi abidəsi

Gəncənin Gerbinə ucaldılmış abidə Gəncə şəhərində, Heydər Əliyev prospektində meydan ərazisində yerləşir. Abidənin açılışı 31 oktyabr 2006-cı ildə - Prezident İlham Əliyevin Gəncə səfəri zamanı baş tutub.

Abidə qədim Gəncə xanlığının gerbinin bərpa olunması şərəfinə ucaldılmışdır. Onun özülündə qızılı hərflərlə yazılmışdır: “Əsrlər boyu Gəncə xanlığının bayrağında həkk olunmuş bu rəmz 1804-cü ilin yanvarında şəhərin işğalı zamanı ləğv edilmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gəncənin qədim rəmzi yenidən gerb olaraq bərpa olunmuşdur” sözləri yazılmışdır.

Abidənin zirvəsində səthi qızıl təbəqə ilə örtülmüş Azərbaycanın Dövlət Gerbi, özülündə isə qədim dövlətçilik rəmzi kimi Gəncə şəhərinin Gerbi öz əksini tapıb. Gerbin sağ və sol tərəflərində bürüncdən iki şir heykəli yerləşir. Şir simvolu qədimdən ilahi hakimiyyəti, gücü, himayədarlığı və müdafiəni mənalandırır.

Gəncə xanlığının son hökmdarı Cavad xan Ziyadoğlunun hakimiyyəti dövründə (1786–1804) olan bayrağın simvolları xanın mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən simvolları idi. Cavad xanın 1804-cü ildə rusların Gəncə xanlığını işğal etməsindən sonra öldürülməsi Ziyadoğlu sülaləsinin hakimiyyətinə son qoymuşdur. Onların rəsmi simvolları isə sıradan çıxarılmışdır.

Mənbələr:


  1. Gəncənin müasir memarlığı. 2003-2008.

  2. Aslan - türklərin dünyagörüşündə ilahi hakimiyyət, güc, himayədarlıq və xilaskarlıq rəmzidir.// Qafqaz turizm. Iyul 2007. S.160

  3. https://azertag.az/xeber/GANCANIN_GERBINA_ABIDA_QOYULMUSDUR-359999

  4. https://www.ens.az/az/gence-seherinin-gerbi

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:49

"Kəpəz" Vadim Abdullayevi heyətinə qatdı

Bütün xəbərlər
Dünən, 15:37

Yeni parklanma qaydaları TƏSDİQLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:03

Yarım ildə alış-verişə 32 milyard manat xərcləmişik

Bütün xəbərlər
Dünən, 14:02

Sabah leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:53

Bura Gəncədir… – Acınacaqlı mənzərə

Bütün xəbərlər
Dünən, 12:48

Gəncədəki universitetlərdə II qrup üzrə ən aşağı keçid BALLARI

Bütün xəbərlər
Dünən, 10:16

Gəncəbasarda ard-arda qida zəhərlənmələri: Bu dəfə 11 nəfər…

Bütün xəbərlər
Dünən, 10:13

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı

Bütün xəbərlər
Dünən, 09:46

Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Bütün xəbərlər
15 iyul 2026, 18:00

Xəbərimizə ÇEVİK REAKSİYA: Şəhid guşəsi abadlaşdırıldı

Bütün xəbərlər
15 iyul 2026, 17:34

"Ganja Cup" üzgüçülük yarışı ikinci dəfə keçiriləcək

Bütün xəbərlər
15 iyul 2026, 16:38

Gəncədə gənc oğlan küçədə bıçaqlandı

Bütün xəbərlər
15 iyul 2026, 15:37

Arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

Bütün xəbərlər
15 iyul 2026, 15:05

GDU-nun baş müəllimi vəfat edib

Bütün xəbərlər
15 iyul 2026, 14:37

Dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
15 iyul 2026, 14:02

Gəncənin Alban məbədi məhv olur

Bütün xəbərlər
15 iyul 2026, 13:02

Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər
15 iyul 2026, 11:38

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

Bütün xəbərlər
15 iyul 2026, 11:02

Autizmli uşaqların sayı sürətlə artır

Bütün xəbərlər
15 iyul 2026, 10:03

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı

Bütün xəbərlər
15 iyul 2026, 09:32

"Ramada Plaza" qarşısındakı çuxur 6 aydır asfaltlanmır

Bütün xəbərlər
14 iyul 2026, 17:22

Gəncədə abadlaşdırılan ərazi baxımsız qalıb – Güllər quruyub

Bütün xəbərlər
14 iyul 2026, 15:46

İyunda ən çox bahalaşan və ucuzlaşan məhsullar

Bütün xəbərlər
14 iyul 2026, 12:03

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

Oxşar xəbərlər