top
Gəncədə rus şairi Puşkinin adını daşıyan kitabxananın tarixi
06 fevral 2024, 16:00
- +

Gəncədə rus şairi Puşkinin adını daşıyan kitabxananın tarixi

Gəncənin məşhur Yusifbəylilər nəslindən olan Rafat Cuvarlinski yazırdı ki, hələ 1898-ci ildə dövlət xadimi Nəsib bəy Yusifbəylinin qardaşı Həmid bəy Gəncədə öz evində Puşkin kitabxanası yaratmışdı. Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Gəncə Tatlar Məscidinə köçürülmüşdür.

Kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Kərim bəy Mehmandarov və başqaları köməklik göstərmişlər. Qısa bir zamanda kitabların sayı 700-ü ötmüşdür. Çar Rusiyasının bir çox müəssisələri kitabxanaya kitab, qəzet redaktorları isə qəzetləri pulsuz göndərirdi. Burada, həmçinin Karamzinin "Rus dövlətinin tarixi", Belinskinin, Dobrolyubovun, Uşinskinin, Piroqovun, F.Şillerin və başqalarının əsərləri var idi.

1900-cü ildə kitabxananın 94 rus, 27 azərbaycanlı, 9 polyak, 4 alman və digər millətlərdən olan üzvləri olub. Lakin qısa zamanda oxucuların sayı artmışdır və 1203 nəfər oxucudan 283 nəfəri azərbaycanlı olub. Kitabxana dövlət hesabına olmadığından buraya az oxucunun gəlməsi maddi çətinliklərə səbəb olurdu.

1905-ci il burjua inqilabının müvəffəqiyyətsizliyi, Stolıpin irticası mədəni-maarif ocaqlarının bağlanmasına təsir göstərir. Kitabxananın otaqları alınaraq, məscidə geri verilir. 1920-ci ildə isə kitabxananın fəaliyyəti "Nizami-Puşkin" adı altında yenidən bərpa olunur. Xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi də yaradıb.

Hazırda kitabxana Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Burada Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 19 saylı filialı və uşaq şöbəsi fəaliyyət göstərir. 19 saylı filialın fonduna 10 minə yaxın kitab daxildir.

Mənbələr:


  1. Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.

  2. https://news.milli.az/culture/425123.html

  3. http://www.anl.az/down/meqale/azadliq/2012/oktyabr/265574.htm

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Xəbərimizə ÇEVİK REAKSİYA: Şəhid guşəsi abadlaşdırıldı

Bütün xəbərlər
Dünən, 17:34

"Ganja Cup" üzgüçülük yarışı ikinci dəfə keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə gənc oğlan küçədə bıçaqlandı

Bütün xəbərlər
Dünən, 15:37

Arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub

Bütün xəbərlər
Dünən, 15:05

GDU-nun baş müəllimi vəfat edib

Bütün xəbərlər
Dünən, 14:37

Dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:02

Gəncənin Alban məbədi məhv olur

Bütün xəbərlər
Dünən, 13:02

Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 11:38

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

Bütün xəbərlər
Dünən, 11:02

Autizmli uşaqların sayı sürətlə artır

Bütün xəbərlər
Dünən, 10:03

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:32

"Ramada Plaza" qarşısındakı çuxur 6 aydır asfaltlanmır

Bütün xəbərlər
14 iyul 2026, 17:22

Gəncədə abadlaşdırılan ərazi baxımsız qalıb – Güllər quruyub

Bütün xəbərlər
14 iyul 2026, 15:46

İyunda ən çox bahalaşan və ucuzlaşan məhsullar

Bütün xəbərlər
14 iyul 2026, 12:03

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib

Bütün xəbərlər
14 iyul 2026, 11:21

Azərbaycanda Media və Yayım Şurası yaradılıb

Bütün xəbərlər
14 iyul 2026, 11:09

Gəncədə şəhidlərin xatirə guşəsində acınacaqlı mənzərə

Bütün xəbərlər
14 iyul 2026, 10:54

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 57-ci ildönümüdür

Bütün xəbərlər
14 iyul 2026, 10:32

"Kəpəz"dən ilk transfer

Bütün xəbərlər
14 iyul 2026, 09:56

Gəncədə 54 yaşlı qadının meyiti tapılıb

Bütün xəbərlər
14 iyul 2026, 09:07

Polad Həşimovun şəhid olmasından altı il ötür

Bütün xəbərlər
13 iyul 2026, 16:56

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
13 iyul 2026, 15:10

Gəncə güləşçiləri millinin tarixi uğurunda pay sahibi oldu

Bütün xəbərlər
13 iyul 2026, 14:37

Millinin baş məşqçisi şərikli restoran açdı

Oxşar xəbərlər