Gəncədə yoqa və meditasiya təlimi keçiriləcək. Bu haqda Art Garden Ganja məlumat paylaşıb.
Sağlam bədən və Sağlam ruh adlanan təlim 25 dekabr tarixində saat 16:00-da baş tutacaq. Məşğələ Tural Faziloğlu tərəfindən keçiriləcək.
Qatılmaq istəyənlər gələrkən üzərinə rahat geyim geyinməlidirlər.
Qeyd edək ki, Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.