Gəncədə "Cavad Xan" tarixi dramı səhnələşdiriləcək. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.
Tamaşa Gəncə Dövlət Dram Teatrında yanvarın 15-i saat 17:00-da nümayiş olunacaq. Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və əməkdar artist Elxan Yunis çıxış edəcəklər.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.