19.1 C
Gence
19.1 C
Gence

Gəncə: binaların kanalizasiya sistemi yenilənir

Gəncənin 3-ü mikrorayonunda kanalizasiya xətləri yenilənir. Bu haqda Gencexeber.az-ın müxbiri 13 oktyabr tarixində xəbər verib.

İşlər 13 nömrəli binanın həyətində, “Gülər” marketin arxasında aparılır. Bu gündən başlanılan işlər zamanı blokların önü qazılıb. Köhnə borular yeniləri ilə əvəz olunub. Bərpa olunan sistem kanalizasiya quyularına qoşulub.

Qeyd edək ki, kanalizasiya sisteminin yararsız halda olması səbəbindən sakinlər şikayət ediblər. Bir müddət öncə 19, 20 və 21-ci binalarının kanalizasiya sistemi yenilənmişdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan