Gəncədə yolayrıcında avtomobillər üçün maneə yaranıb. Bu haqda Gencexeber.az-a 4 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Qara Qarayev, Ozan, Təbriz və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsindən gedir. Adıçəkilən ərazidə bir müddət öncə su borusu partlayıb. Hadisə yerinə “Azərsu”nun əməkdaşları cəlb olunublar. Həmin ərazi qazılıb. Lakin iki gündür üstü örtülməyib.
Sakinlər bildiriblər ki, bu hal avtomobillərin hərəkətinə maneə yaradır.