top
Gəncəli dünya çempionu: Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı - ÖZƏL MÜSAHİBƏ
23 noyabr 2024, 14:00
- +

Gəncəli dünya çempionu: "Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı" - ÖZƏL MÜSAHİBƏ

 

Pauerliftinq Azərbaycanda son illərdə populyarlaşmağa başlayanr idman növüdür. Bu idman növü gücün və dayanıqlılığın ölçülməsi üçün üç əsas hərəkəti – squat (çömbəlmə), bench press (skamyada press) və deadlift (ölü çəkiləri qaldırmaq) – əhatə edir. Pauerliftinqdə məqsəd hər üç hərəkətdə mümkün olan ən yüksək çəkini qaldırmaqdır.

Azərbaycanda bu idman növü ilə məşğul olanların sayı da artmaqdadır. Onlardan biri də pauerliftinqçi Vüsal Ağalarovdur.

Gencexeber.az həmin idmançı ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1991-ci il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşam.

- Pauerliftinqə başlamağa necə qərar verdiniz? İlk dəfə bu idman növünü necə kəşf etdiniz?

- Uşaq yaşlarımdan güc idman növlərinə böyük marağım olub. Gəncədə bir mötəbər yarış keçirildi. Yarışın təşkilatçısı isə Rüfət Ağayev idi. Həmin vaxtlarda televiziyada yarışın reklamı gedirdi. Yarışda dünya çempionları Rüfət Ağayev və Hafiz Verdiyevi gördüm. Həmin reklam sayəsində bu idmanla maraqlanmağa başaldım.

- Pauerliftinqdəki ilk böyük uğurunuz nə idi? O anı necə xatırlayırsınız?

- Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Beynəlxalq xatirə turniri keçirildi. Orada gənclər arasında birinci yerə layiq görüldüm. Və bu mənə daha çox stimul verdi.

- Dünya çempionu titulu qazandığınızda nə hiss etdiniz? Bu uğurun sizin üçün mənası nədir?

- Dünya çempionu neçə dəfə olsan da, bu idman növündə önəmli olan məqam kiloqramlardır, yəni qaldırdığın çəkilərdir. Üç dünya çempionatının, bir Dünya kubokunun qalibiyəm. Həmçinin "Arnold Classic" mötəbər yarışının qalibiyəm.

- Çempion olmağın sirri nədir? Məşqlərdə və psixoloji hazırlıqda hansı yanaşmanı tətbiq edirsiniz?

- Çempion olmaq güclü xarakter tələb edir. Məqsədyönlü olmalısan. Hədəfə çatmaq üçün bu, şərtdir. İstədiyinə çatmağı bacarmalısan. Məşqlərində çox iddialı olmalısan. Yıxılsan belə davam etməlisən, hər ağrını və acını önəmsəməli deyilsən. Yalnız hədəfə doğru addım atmalısan.

- Bədəninizi gücləndirmək üçün hansı xüsusi məşq metodlarından istifadə edirsiniz?

- Bir poverlifter olaraq sırf "Squat", "Bench press" və "Deadlift" hərəkətlərindən, yəni ən əsas təməl hərəkətlərdən istifadə edirəm.

- Bir çox pauerliftinq yarışmalarında iştirak etmisiniz. Hər birinin özünəməxsus təcrübəsi olur. Sizi ən çox həyəcanlandıran və ya çətinliklərlə üzləşdirdiyiniz yarış hansıdır?

- Etiraf edim ki, sonuncu Dünya çempionatı mənə daha çox həyəcan verirdi. Çünki qaldırdığım çəkiləri məşqlər zamanı çox artırmışdım. Buna görə də bu yarışda ailəm və məni səmimi qəlbdən sevən hər kəs məndən daha böyük nəticələr gözləyirdi. Məsuliyyət hissi məni dinc buraxmırdı.

- Çempion olmağınızda ən böyük çətinliklər nələr oldu? Bu çətinlikləri necə dəf etdiniz?

- Həmişə olduğu kimi ən böyük çətinliklər maddiyyat ilə bağlıdır. Çünki bir idmançının daha böyük nəticələr əldə etməsi üçün güclü və əlavə idman qidaları, vitaminlər, minerallar, terapiyalar qəbul etməlidir.

Travmalar qaçılmazdır, minimum zədə ilə yarışdan ayrılmaq üçün əlimizdən gələni edirik.

- Məşqlərdə, yarışlarda motivasiyanızı necə qoruyursunuz?

- Motivasiya mənim ailəmdir. Onlara verdiyim sözü yerinə yetirməyə çalışıram. İki qız övladıma görə edirəm.

- Qələbələrdən sonra və ya məğlubiyyətlərlə üzləşdikdə, özünüzü necə ruhlandırırsınız?

- Əgər hədəfin varsa, nəyə isə çatmaq istəyirsənsə, heç bir məğlubiyyət səni ruhdan sala bilməz. Qələbələr isə mənə daha böyük stimul verir və daha çox çəkilərin öhdəsindən gələcəyimə əminlik yaradır.

- Pauerliftinqlə peşəkar səviyyədə məşğul olmaq həyat tərzinizdə hansı dəyişikliklərə zəmin yatadı?

- Mən peşəkar səviyyədə idmançı oldum. Ancaq həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı.

- Gündəlik həyatınızda güc artırmaq məqsədilə nələrə xüsusi diqqət yetirirsiniz?

- Qida, yuxu, intizam ən mühüm amillərdir.

- İdmançı karyeranızın sonunda hansı məqsəd və ya hədəfləri qoymusunuz?

- Hələ ki qarşımda dayanan ən böyük hədəfim 110 kiloqramda çəkimi saxlayaraq oturub durma hərəkətində 400 kiloqram çəkinin öhdəsindən gəlməkdir. Sonra növbəti hədəfim nə olacaq, bilmirəm.

- Pauerliftinqin inkişafında hansı dəyişiklikləri görürsünüz və bu idmanın gələcəyini necə qiymətləndirirsiniz?

- Hazırda inkişaf etməyib. Federasiya üçün heç bir cəhdlər göstərilmir. Ümid edirik ki, yaxşı olar.

- Gənc pauerliftinqçilərə nə kimi tövsiyələr verərdiniz? Uğur qazanmaq üçün hansı əsas məqamlar üzərində çalışmalıdırlar?

- Tövsiyəm o olardı ki, intizamlı olsunlar. Heç vaxt medal arxasınca qaçmasınlar. Əzmkar olsunlar. Qarşılarına qoyduqları hədəfə doğru irəliləsinlər.

- Bundan sonra hansı yeni rekorda imza atmağı düşünürsünüz?

- Əgər sağlığım və gələcəyim imkan verərsə, 110 kq kateqoriyamda toplam 1 ton çəkinin öhdəsindən gəlməyi düşünürəm.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
Bu gün, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
Dünən, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
07 iyul 2026, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
07 iyul 2026, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
06 iyul 2026, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
06 iyul 2026, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
06 iyul 2026, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
05 iyul 2026, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Oxşar xəbərlər