top
Dovğa bişirməyi çox sevirəm - Futbol millimizin gəncəli aşpazı
20 oktyabr 2025, 16:14
- +

"Dovğa bişirməyi çox sevirəm" - Futbol millimizin gəncəli aşpazı

Qalib Ələsgərovu Azərbaycan futbolunun ən vacib fiqurlarından biri hesab etmək olar. Çünki o, futbolçularımızın qida rasionuna cavabdeh şəxsdir. 

Milli komandadan başqa, Qalib Ələsgərov Azərbaycanın demək olar ki, bütün aparıcı klubları ilə işləyib. Onun şəxsi kartinq (yemək xidməti göstərən) şirkəti var, həmçinin Bakının mərkəzində yerləşən restoranın həmtəsisçisidir.

İdman.biz-ə müsahibəsində aşpaz öz işi və peşəkar futbolçuların qidalanma prinsipləri barədə ətraflı danışıb.

- Aşpaz kimi fəaliyyətə necə başladınız?

- Karyerama 22 il əvvəl Moskvada başlamışam - o vaxt ofisiant işləyirdim. Zaman keçdikcə mətbəxə marağım artdı və aşpazlardan kömək etməyə icazə istəyirdim. Onlar mənə sadə işlər tapşırırdılar - salat hazırlamaq, tərəvəz doğramaq. Beləcə, yavaş-yavaş bu peşəyə yiyələndim. Hərçənd ixtisasca hüquqşünasam, amma başa düşdüm ki, əsl həvəsim kulinariyadır. Yemək bişirmək və insanları dadlı yeməklərlə sevindirmək həmişə xoşuma gəlib. 14 il əvvəl Bakıya köçdüm, bir neçə tanınmış restoranda işlədim. Artıq 11 ildir ki, bütün yaş milli komandalarımızla əməkdaşlıq edirəm.

- Sizə idmançılarla işləməyi təklif edəndə reaksiyanız necə oldu?

- Dərhal razılaşdım, tərəddüd etmədim. İdman qidalanması ümumiyyətlə adi menyudan çox da fərqlənmir, sadəcə, yağlı yeməklər və şəkər tərkibli məhsullar istisna olunur. Bundan əlavə, mənim dietologiya üzrə biliklərim var: istər arıqlama, istərsə də çəkisalma məqsədi ilə fərqli qidalanma proqramları tərtib edə bilirəm.

- Bu bilikləri harada qazanmısınız?

- Dietologiya kursları keçmişəm. Aşpaz məktəblərində əsasən nəzəriyyə öyrədilir - kalori hesablanması, texnoloji kartların tərtibi və s. Amma əsl peşəkarlıq yalnız təcrübə ilə gəlir - yaxşı restoranda, təcrübəli aşpazlarla işləyəndə.

Yeməklərin kalori dəyərini düzgün hesablamaq üçün məhsulların qida tərkibini bilmək lazımdır. Bu isə səbir və daimi inkişaf tələb edir. Məsələn, Bakının tanınmış restoranlarından biri üçün menyu hazırlamışdım, hər yeməyin altında kalori, zülal, yağ və karbohidrat miqdarı göstərilmişdi. O vaxt, təxminən 6-7 il əvvəl, bu, Azərbaycan üçün yenilik idi. Beləliklə, milli komanda ilə işləmək imkanı yarananda özümə inandım. Əksinə, yeni bir təcrübə qazanmaq mənə maraqlı idi. İşimdən razıyam, çünki bu, mənə zövq verir.

- Azərbaycan futbolçularının gündəlik menyusu necə görünür?

- Futbolçular gündə üç dəfə, müəyyən qrafik üzrə qidalanırlar. Əlavə olaraq, qəlyanaltılar - kofe fasilələri və yüngül qidalar nəzərdə tutulur. Səhər yeməyi çoxçeşidli olur: az yağlı kəsmik, yoqurt, avokado, az duzlu qızılbalıq, zeytun, motsarella kimi az yağlı pendirlər, bibər, omlet, yumurta. Dənli yeməklərdən qarabaşaq, düyü və manna sıyığı. Bəzən kruassan da təqdim edirik, amma bu, daha çox istisna halıdır. Bulka və çörək isə demək olar ki, yeyilmir. Nahar və şam yeməkləri maksimum balanslı olur. 

- İdmançıların qidalanması onların fərdi xüsusiyyətlərinə uyğun şəkildə tənzimlənirmi?

- Əlbəttə. Bəzən həkim bildirir ki, məsələn, kimsədə hemoqlobinin səviyyəsi aşağıdır. Mütəxəssisin tövsiyələrinə əsaslanaraq menyuya daha çox çuğundur, təzə şirələr və enerjini saxlamaq üçün bir qədər şokolad əlavə edirik. Eyni şey çəki yığmaq və ya əksinə, azaltmaq lazım gələndə də tətbiq olunur. Tibbi amillərlə yanaşı, biz həmişə hər bir idmançının fərdi qidalanma xüsusiyyətlərini də nəzərə alırıq

- Sizin "tac yeməyiniz" hansıdır?

- Milli yeməklərimiz. Məsələn, mən sacda dana qovurmasına xüsusi diqqət yetirirəm. Özüm gəncəliyəm və Gəncə üsulunda dovğa bişirməyi çox sevirəm. Həmçinin səbzini qeyd edə bilərəm - bu yemək xüsusi ustalıq tələb edir. Vacibdir ki, ət ağızda "ərisin", göyərti qaralmasın və ya saralmasın, yüngül turşməzə dad və gözəl görünüş üçün isə zirinc əlavə edirəm (bunu hamı etmir). Xarici yeməklərdən isə Ukrayna borşunu bişirməyi sevirəm. Futbol aləmində isə mən göbələk şorbası ilə tanınıram.

- Futbol millisinin aşpazı futboldan anlamalı və bu oyunu sevməlidirmi?

- Düzünü desəm, futboldan çox başım çıxmır, amma uşaqlarımıza bütün qəlbimlə azarkeşlik edirəm! Bizim millimiz mənim sevimli komandamdır. Hər zaman onları dəstəkləməyə çalışıram, tanışları stadiona dəvət edirəm. Onlar üçün mütəmadi yemək bişirəndə bir növ bağ yaranır və istəyirsən ki, uğur qazansınlar.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə deputatlarla görüşmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:10

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bütün xəbərlər
Dünən, 15:10

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:44

Gəncədə bina əyilir, fasad örtüyü qopub tökülür – ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Dünən, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Dünən, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Dünən, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Dünən, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
22 sentyabr 2026, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
22 sentyabr 2026, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
22 sentyabr 2026, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
22 sentyabr 2026, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
22 sentyabr 2026, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
22 sentyabr 2026, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
22 sentyabr 2026, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Oxşar xəbərlər