Gəncədə küçələrin biri təmir olunur. Bu haqda Gencexeber.az-a 15 iyun tarixində məlumat daxil olub.
İşlər Zülfü Hacıyev küçəsində aparılır. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Burada yolun yararsız halda olan bir hissəsinə asfalt örtüyü salınır.
Qeyd edək ki, bir müddət əvvəl bura su və kanalizasiya xətləri çəkilib.