Gəncədə gənclər üçün təlim keçirilib. Bu haqda 31 yanvar tarixində Gənclər Evinə istinadən məlumat veririk.
"Özünüqiymətləndirmə və Empatiya" mövzusunda təlim "Əsas Həyat Bacarıqları" təlim proqramı çərçivəsində baş tutub. Burada müxtəlif oyunlar və maraqlı müzakirələr olub. Bu həftənin təlimində 20-yə yaxın gənc iştirak edib. Təlimçi Gənclər Evinin əməkdaşı Hüseynxan Hacızadə olub.
Qeyd edək ki, gənclərin şəxsi inkişafına yönəlmiş bu davamlı layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir.