Goranboy rayonunda "KamAz" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, ot daşıyan maşının sürücüsü yolun dairəvi hissəsində yük avtomobilini aşırıb.
Hadisə yerinə dövlət polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.