Gəncədə yolun bir hissəsi çöküb. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Bağmanlar küçəsindən gedir. Burada bir müddət öncə su xəttinin çəkilməsi üçün asfalt örtüyünün bir hissəsi qazılıb. Daha sonra həmin hissəyə torpaq tökülüb və asfaltla bərabərləşdirilib.
Hazırda qazılan hissə havanın yağmurlu keçməsi səbəbindən çöküb.