Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 7 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2 qadını vurub. Onlar xəstəxanaya yerləşdiriliblər. Piyadaların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.