Gəncədə yolu keçmək istəyən 33 yaşlı qadını maşın vurub. Bu haqda Bizim.media-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili Y.Bayramovanı vurub.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.