Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 10 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İşıqforun qırmızı işığında keçən “VAZ-2107” markalı avtomobil Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan “Mercedes”ə çarpılıb. Nəticədə sonuncu piyada səkisinə çıxıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.