Gəncədə yazıçı Ümbülbanu İmani-Hacıyevanın doğum günü qeyd olunub. Bu haqda 12 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində baş tutub. Bildirilib ki, Gəncədə anadan olan yazıçı yüzlərlə publisistik məqalələrin, hekayə və pyesin müəllifi, 50-dən çox elmi və bədii kitabın redaktoru, 8 kitabın isə müəllifidir. Onun “Gülək, yoxsa ağlayaq?” pyesi Gəncə Dövlət Dram teatrında səhnəyə qoyulmaq üçün hazırlanır. Hazırda yazıçının 2 yeni kitabının nəşri planlaşdırılır.
Mərasimdə yubilyara Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib.