Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gəncə şəhər Heydər Əliyev Mərkəzində konfrans baş tutub. Bu haqda 30 may tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Konfrans “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” mövzusunda olub. Burada mövzu ətrafında çıxışlar dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təsirlərinin qarşısının alınmasına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma kampaniyalarının, alternativ enerji mənbələrindən istifadənin ekoloji mühitin yaxşılaşdırılmasına hədəfləndiyi qeyd edilib.