Gəncədə zəncirvari qəza baş verib. Bu haqda Gencexeber.az-a 28 dekabr tarixində məlumat daxil olub.
Hadisə Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsi, “Bizim market”in qarşısında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 40 yaşlı piyada Ramil Musayevi vurub. Daha sonra maşın idarəetmədən çıxaraq piyada ilə birgə “VAZ 2106” və “Daewoo”ya çarpılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Piyada yerindəcə dünyasını dəyişib. “VAZ 2106”nın sürücüsü 21 yaşlı Hüseyn Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[modula id="30194"]