Gəncədə piano axşamı təşkil olunacaq. Bu haqda 5 yanvar tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
Konsert 6 yanvar saat 18:00-da “Xoyski” kafesində keçiriləcək. Burada Orxan Quluzadə pianoda ifa edəcək. Retro musiqi və caz sevənlər ödənişsiz musiqi axşamına qatıla bilərlər.
Proqrama hər kəs dəvətlidir.
Qeyd edək ki, Art Garden Ganja Vaqif küçəsi, 160 ünvanında yerləşir.