Gəncədə keçiriləcək idman tədbiri barədə məlumat paylaşılıb. Bu haqda bu gün, 8 avqust tarixində Gencexeber.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində Xan bağında “Atletika hamı üçün” adlı idman tədbiri baş tutacaq. Burada bütün yaş qruplarından uşaqlar tam ödənişsiz iştirak edə bilərlər.
Tədbir 12 avqust saat 11:00-da şəhərin mərkəzində keçiriləcək.