Gəncədə sökülmüş tamet daşlar bərpa olunur. Bu haqda 28 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin Təmir-Tikinti və Qəza Xidməti şöbəsi tərəfindən Xan bağında piyadaların normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə parkın bəzi hissələrində qopan tamet plitələri yeniləri ilə əvəz olunur. İstirahət məkanının ərazisində təmirə ehtiyacı olan zibil qutuları yenilənir.
Xatırladaq ki, hazırda Xan bağında mövcud fəvvarənin əsaslı təmiri aparılır. Bildirilib ki, fontan yaxın vaxtlarda istifadəyə veriləcək.