Gəncədə balacalar üçün şənlik təşkil olunub. Bu haqda Gencexeber.az-a 24 dekabr tarixində məlumat daxil olub.
Regional İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi və “Bank Respublika”nın təşkilatçılığı ilə “Xəmsə Park” ticarət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qarşıdan gələn bayramlar münasibətilə tədbir baş tutub. Burada balacalara süfrə açılıb, əyləncəli proqramlar təşkil olunub.
Şənlikdə Şaxta baba uşaqlara hədiyyələr təqdim edib.