Gəncədə nağıl-tamaşa təşkil olunacaq. Bu haqda 10 dekabr tarixində Gəncə Dövlət Dram Teatrına istinadən məlumat veririk.
Uşaqlar üçün tamaşa göstəriləcək. Tədbir 28 dekabr - 4 yanvar tarixlərində keçiriləcək. Abdulla Şaiqin "Danışan gəlincik" musiqili nağıl-tamaşası səhnəyə qoyulacaq. Quruluşçu rejissor Şahmar Məmmədovdur.
Biletləri Dram Teatrının kassasından əldə etmək olar.