Gəncədə uşaqlar üçün ödənişsiz tədbir təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 28 dekabr tarixində məlumat daxil olub.
Tədbir Azərbaycana Birgə Yardım təşkilatının (UAFA) Gəncə Icma Əsaslı Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Kukla Teatrında baş tutacaq. Bu gün, 28 dekabr tarixində saat 14:00-da UAFA Gəncə Icma Əsaslı Reabilitasiya Mərkəzində fəaliyyət göstərən "Bakcell" şirkətinin maliyyələşdirdiyi "İncəsənət" və "Müalicəvi idman" dərnəyindən bəhrələnən uşaqların çıxışları olacaq.
Sonda balaca qonaqlara Kəpəz bələdiyyəsi tərəfindən hədiyyələr veriləcək. Tədbirdə hər kəs iştirak edə bilər.