Gəncədə musiqi məktəbində bayram şənliyi təşkil olunub. Bu haqda 29 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yen il münasibəti ilə bayram şənliyi keçirilib. Tədbirin əvvəlində məktəbin direktoru Svetlana Hüseynova bu tədris ilində Beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüş şagirdləri və onların müəllimlərini diplomlarla təltif edib.
Bundan başqa Regional Mədəniyyət idarəsinin fəal müəllimlərə təltif etdiyi Təşəkkürnamələr sahiblərinə təqdim olunub.