Gəncədə şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Ehsan süfrəsi “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən Gəncə Uşaq Evində açılıb. Mərasim şəhid Nihad Verdiyevin yaxın qohumları tərəfindən təşkil olunub.
İlk öncə balacalara şəhid haqda məlumat verilib. Daha sonra mərasim iştirakçıları ehsan süfrəsinin arxasına oturublar.