Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, təcili yardım avtomobili 21 yaşlı Cahangir Orucovu vuraraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.