Regional Təhsil İdarəsi tərəfindən Gəncədəki bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər təşkil edilir. Bu haqda 18 may tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Yoxlama və monitorinqlər, əsasən, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlıdır.