Gəncədə Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbir baş tutacaq. Bu haqda 23 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Mədəniyyətə Könül Ver" layihəsi çərçivəsində "Sözün sehri" adlı qiraət gecəsi olacaq. Tədbir 24 may tarixində 16:00-da Gəncə Dövlət Milli Dram Teatrında keçiriləcək.
Qiraət gecəsi "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunacaq.