Gəncədə küçələrin birində kommunal işlər görülür. Bu haqda Gencexeber.az-a 11 may tarixində məlumat daxil olub.
İşlər Şota Rustaveli küçəsində qeydə alınıb. Adıçəkilən əraziyə aidiyyəti qurumun canlı qüvvə və texnikası cəlb olunub. Küçədə qazıntı işləri aparılır.
Qurumun əməkdaşları tərəfindən həmin küçəyə müvafiq olaraq, yeni su və kanalizasiya boruları yerləşdirilir.
[modula id="59440"]