Gəncənin Ruzigar Qasımov küçəsində yenə su xətti təmir olunur. Bu haqda Gencexeber.az-a yanvarın 19-u məlumat daxil olub.
Sözügedən əraziyə "Azərsu" ASC-nin əməkdaşları və texnika cəlb olunub. İşçilər borunun qəzalı hissəsini aşkar ediblər. Yolun hərəkət hissəsi traktor vasitəsilə qazılıb.
Xatırladaq ki, yanvarın 11-i bu küçədə aparılan işlər haqda məlumat vermişdik.