25.3 C
Gence
25.3 C
Gence

Gəncənin Ruzigar Qasımov küçəsində su borusu təmir edilib

Gəncədə su borusu təmir edilib. Bu haqda Gencexeber.az-a yanvarın 11-i məlumat daxil olub.

Sözügedən işlər şəhərin Ruzigar Qasımov küçəsində aparılıb. Əraziyə “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Saat 17:30 radələrində borununun qəzalı hissəsi tapılıb. Daha sonra yolun hərəkət hissəsi qazılaraq boru təmir edilib.

Xatırladaq ki, Şəmkir avtovağzalının yanında kanalizasiya borusunun təmiri haqda xəbər vermişdik.

Ən Çox Oxunan