Gəncədə qazılmış küçə asfaltlanır. Bu haqda Gencexeber.az-a 12 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Təbriz küçəsindən gedir. Yolun avtomobillər hərəkət edən hissəsi içməli su və kanalizasiya sistemlərinin çəkilməsi üçün qazılmışdı. Daha sonra quyular doldurulsa da, üzərinə asfalt örtüyü salınmamışdır. Nəticədə yağmursuz hava zamanı küçədə toz qalxırdı və bu hal sakinləri narahat edirdi.
Hazırda ərazi hissə-hissə asfaltlanır. Burada “Maqro Construction” MMC-nin əməkdaşları çalışırlar.