Gəncədə valideyn himayəsindən məhrum olunmuş uşaqlar ziyarət olunublar. Bu haqda Gencexeber.az-a 28 dekabr tarixində məlumat daxil olub.
Bir qrup xeyirsevər sakin Gəncə Uşaq Evinə baş çəkib. Onlar balacalara meyvə, şirniyyatlar və hədiyyələr aparıblar. Qonaqlar burada uşaqlarla bir saat keçiriblər.
Balaca sakinlərlə idman, riyaziyyat və digər mövzularda söhbətlər olunub, həmçinin əyləncəli yarış keçirilib.