Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 7 iyun tarixində məlumat daxil olub.
Hadisə Atatürk prospektində baş verib. Adıçəkilən ərazidə sakinləri su ilə təchiz edən yeraltı xətt partlayıb.
Sakinlərin sözlərinə görə, sözügedən hal artıq 2 aydır davam edir. Su yerin altından sızaraq küçə boyunca axır. Nəticədə yolda gölməçələr yaranıb.