Gəncədə küçənin bir hissəsi qaranlıqda qalıb. Bu haqda Gencexeber.az-a 11 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Şahsevənlər küçəsində müşahidə edilir. Sakinlərin sözlərinə görə, küçənin bir hissəsi işıqsız qalıb.
“Hava qaralanda ərazidən keçmək olmur, zülmət qaranlıq olur. Küçəmizin yarısına işıq çəkdilər, yarısı qaldı”, - deyə ətrafda yaşayan sakinlər bildiriblər. Onlar sözügedən vəziyyətin bir neçə ildir davam etdiyini deyiblər.