Gəncədə sakinlər şam ağacının qurulmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.
Redaksiyamıza şəhərin Heydər Əliyev meydanında (İcra Hakimiyyətinin inzibati binasının qarşısında) Yeni illə əlaqədar şam ağacının nə vaxt qurulacağı barədə çoxsaylı müraciətlər daxil olur. Onlar şəhərdə bayram ab-havasının olmamasından narazıdırlar.
Məsələ ilə bağlı bir neçə dəfə İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilsə də, hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, hər il şəhər ərazisində Yeni il ərəfəsində şam ağacı bəzədilərək yarmarka təşkil olunurdu. 2020-ci ildə Vətən müharibəsi, 2021-ci ildə isə Qaraheybət faciəsi şəhidlərinin ildönümlərinin bitməməsi səbəbindən şam ağacı qurulmamışdır.