Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 26 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. "VAZ 21011" markalı maşın hərəkətdə olan zaman 2 saylı marşrut xəttinin sərnişin avtobusu ilə toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.