Gəncədə yol qəzası baş verib. Bu haqda 22 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. 23 saylı marşrut xəttinin avtobusu hərəkətdə olan zaman yoldan çıxıb. Nəticədə nəqliyyat vasitəsi dərəyə aşıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.