Gəncədə iki küçədə və daha bir ərazidə su və kanalizasiya sistemləri çəkilir. Bu haqda Gencexeber.az-a 12 iyun tarixində məlumat daxil olub.
İşlər şəhərin Şahsevənlər, Ozan küçələrində və “Mahrasa bağı” ərazisində aparılır. Küçələrin bir hissəsi qazılır. Həmin yerlərə müvafiq olaraq, yeni kanalizasiya və su boruları yerləşdirilir.
Qeyd edək ki, kommunal işlərlə əlaqədar həmin ərazilərdə hərəkət qismən məhdudlaşdırılıb.
[modula id="60994"]