Gəncədə bir neçə küçədə yeni su və kanalizasiya boruları çəkilir. Bu haqda Gencexeber.az-a 18 may tarixində məlumat daxil olub.
İşlər Mahrasa bağı, Eminbəyli və Dədə Yediyar küçələrində aparılır. Ərazilərə aidiyyəti qurumun canlı qüvvə və texnikası cəlb olunub.
Küçələrdə qazıntı işləri görülür. Adıçəkilən birinci əraziyə su, digər küçələrə isə su və kanalizasiya boruları yerləşdirilir.
[modula id="59793"]