Gəncənin növbəti ərazilərinə yeni su və kanalizasiya boruları çəkilir. Bu haqda Gencexeber.az-a 28 may tarixində məlumat daxil olub.
İşlər Mahrasa bağı adlanan yaşayış massivində, Şərəfxanlı və Cavadxan küçələrində görülür. Həmin ərazilərə aidiyyəti qurumun canlı qüvvə və texnikası cəlb edilib.
Mahrasa bağında kanalizasiya xətləri, digər yerlərdə isə su və kanalizasiya xətləri çəkilir. Hal-hazırda qurumun əməkdaşları tərəfindən qazıntı işləri aparılır. Daha sonra yeni borular yerləşdiriləcək.
[modula id="60297"]