Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Adıçəkilən ərazidə yerin altından keçən su xətti partlayıb.
Nəticədə su həmin yerdən sızaraq küçə boyunca axmağa başlayıb. Bu səbəbdən yolda gölməçələr yaranıb.