Gəncədə ödənişsiz rus dili dərsləri keçirilir. Bu haqda 10 yanvar tarixində Maarif Evinə istinadən məlumat veririk.
Dərslər "Təhsilə dəstək" layihəsi çərçivəsində təşkil olunur. Təkmilləşdirmə məşğələlərinə rus dilindən çətinliyi olan şagirdlər qatıla bilərlər.
Dərslər həftənin I, III və VI günləri saat 17:00-dan 18:30-dək keçirilir. Burada şagirdlərlə müəllim Afitab-Sevinc Oruclu məşğul olur.