Gəncədə kollec tələbələri üçün tədbir keçirilib. Bu haqda 30 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetinin nəzdində olan Regional Kollecdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunub. Burada kollecin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edildikdən sonra tələbələr musiqilər səsləndirib, şeirlər söyləyiblər. Şaxta baba və Qar qızın şənliyə qatılması isə şən əhval-ruhiyyə yaradıb.