Gəncədə psixoloji təlim keçiriləcək. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Tədbir Psixologiya və rəsm kursları tərəfindən təşkil olunacaq. “Rənglərin psixoloji mahiyyəti” adlı təlim 16 dekabr tarixində saat 11:00-da baş tutacaq. Seminarı kursların rəhbərləri Selcan Hüseynova və Firəngiz Allahverdizadə aparacaq.
Təlimdə iştirak ödənişsizdir. Qatılmaq üçün (055) 508 91 51 nömrəsi ilə əlaqə saxlayaraq, qeydiyyatdan keçmək lazımdır.