Yol kəsişməsində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 13 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Heydər Əliyev və Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Orada yerləşən bütün hərəkət nizamlayıcıları işləmir.
Bu səbəbdən ərazidə sıxlıq əmələ gəlib. Piyada və sürücülər üçün təhlükəli hal yaranıb. Nəqliyyat vasitələrinin sürücüləri öz aralarında kommunikasiya edərək yollarına davam edirlər.
[caption id="attachment_31040" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]